EN

"Best Model Türkiye" çörək satır: 7 ay işsiz qalıbmış

2022-ci ildə 35-ci "Best Model Türkiye" yarışmasında iştirak edən və "Ən Yaxşı Cənub-Şərqi Anadolu gözəli" seçilən İrmak Öztaşın hazırda çalışdığı işi gündəm olub.

Publika.az xəbər verir ki, İrmak tərcüməçilik üzrə universitet təhsilini bitirdikdən sonra bir müddət moda sənayesində işləyib. Lakin daha sonra 7 ay işsiz qalan İrmak çörək bişirib satmağa başlayıb.

O, bu barədə sosial media hesabında paylaşım edərək "Tərcüməçi kimi təhsil almış keçmiş "Miss Türkiyə"sən, amma xoşbəxtliyi 7 ay işsiz qaldıqdan sonra çörək sexində işləməkdə tapmısan" deyə, yazıb.

Chosen
21
6
publika.az

7Sources