Aktual.az xəbər verir ki, bu barədə Pravda.az-ın suallarını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib ki, köhnə nömrələrə görə cərimə mümkün deyil.
Ə.Hüseynov qeyd edib ki, hazırda mövcud standartlara uyğun olaraq dövlət qeydiyyat nişanları "defis”sizdir: "Buna görə də köhnə nömrələrdə hər hansı səbəbdən "defis” yoxdursa, yaxud kimsə onu səliqəli təmizləyib, silibsə, nömrənin başqa heç bir yerinə zərər dəyməyibsə, rəqəmlər və digər hissələr yerində aydın şəkildədirsə, təkcə "defis” yoxdursa, buna heç bir cərimə ola bilməz”.