ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin baş inspektoru Rüstəm Əhmədli məlumat verib.
Bildirilib ki, qəza aprelin 24-də saat 14:00 radələrində DSK kimi tanınan ərazidə baş verib. Hərəkətdə olan 77-VN-983 dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı minik avtomobili 90-JA-571 dövlət nömrə nişanlı “Fuson” markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. Yük avtomobilinin sürücüsü, 1993-cü il təvəllüdlü Əli Yusif oğlu Mikayılov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.