EN

Culfa və Ordubad rayonlarının internet rabitə xidmətlərində fasilə yaranacaq

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Naxçıvan, 24 aprel, AZƏRTAC

Bu gün 21:00-dan 23:50-dək Naxçıvan-Culfa-Ordubad magistralında fiber-optik xəttində planlı təmir-bərpa işləri həyata keçiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu müddətdə Culfa və Ordubad rayonları üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yarana bilər.

İşlər yekunlaşdıqdan sonra həmin rayonlara xidmətlərin verilişi tam şəkildə təmin olunacaq.

Müxbir - Nail Əsgərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
42
1
azertag.az

2Sources