EN

Culfa və Ordubad rayonlarının internet-rabitə xidmətlərində fasilə yaranacaq

Naxçıvan, 24 aprel, AZƏRTAC

Bu gün 21:00-dan 23:50-dək Naxçıvan-Culfa-Ordubad magistralında fiber-optik xəttində planlı təmir-bərpa işləri həyata keçiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu müddətdə Culfa və Ordubad rayonları üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yarana bilər.

İşlər yekunlaşdıqdan sonra həmin rayonlara xidmətlərin verilişi tam şəkildə təmin olunacaq.

Müxbir - Nail Əsgərov

Chosen
86
1
azertag.az

2Sources