ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Rusiyada dövlətə bağlı sosioloji xidmət VTsIOM Prezident Vladimir Putinin fəaliyyətinə dəstək və etimad göstəricilərində növbəti azalma qeydə alındığını açıqlayıb.
Sorğunun nəticələrinə əsasən, Putinin fəaliyyətinin bəyənilmə səviyyəsi ardıcıl yeddinci həftədir ki, azalır. VTsIOM-un həftəlik sorğusuna görə, prezidentin fəaliyyətinin bəyənilmə göstəricisi bir həftə ərzində 1,1 faiz azalaraq 65,5%-ə düşüb.
Qeyd olunur ki, bu göstərici son dörd ildə, yəni Ukraynaya müdaxilədən əvvəlki dövrdən bəri ən aşağı səviyyələrdən biridir. Hətta 2026-cı ilin fevralında bu rəqəm 74% təşkil edirdi.
Eyni zamanda Putinə etimad göstəricisində də azalma müşahidə olunub. Sorğuya görə, respondentlərin 71%-i ona etibar etdiyini bildirib ki, bu da əvvəlki həftə ilə müqayisədə 1% azdır.
Məlumata əsasən, hökumətin və Baş nazirin fəaliyyətinə dəstək göstəricilərində də enmə var. Bununla belə, hakim “Yedinaya Rossiya” partiyasının reytinqində cüzi artım qeydə alınıb.
Digər dövlətə yaxın sosioloji qurum olan FOM isə Putinə etimad səviyyəsini 74% olaraq açıqlayıb. Bu göstərici də son dörd ilin ən aşağı nəticələrindən biri hesab olunur.
Sosioloji xidmətlər reytinqlərin enməsinin konkret səbəblərini açıqlamır. Lakin son həftələrdə internet məhdudiyyətləri və bəzi provayder bloklamaları ilə bağlı narazılıqların artdığı qeyd olunur. Həmçinin sosial mediada yayılan tənqidi videolar da geniş rezonans doğurub.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.