EN

Pomidorları necə və nə qədər suvarmaq lazımdır? - bol məhsul üçün qaydalar

Düzgün suvarma pomidorun bol və keyfiyyətli məhsul verməsi üçün əsas şərtlərdən biridir. Yanlış suvarma isə məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər. Lent.az bu üsulları təqdim edir:

 

Əsas qaydalar

 

1. Əkin sonrası ilk günlərdə suvarmayın

 

Fidanlar torpağa köçürüldükdən sonra ilk 5 gün ərzində suvarmaq məsləhət görülmür. Bu müddət bitkinin yeni mühitə uyğunlaşması üçün vacibdir.

 

2. Suvarma şəraitə görə dəyişir

 

Sonrakı suvarma:

 

pomidorun harada yetişməsindən (istixana və ya açıq sahə)

 

mövsümün hava şəraitindən asılıdır

 

3. Yalnız kökdən suvarın

 

Pomidorları mütləq kökdən suvarmaq lazımdır, xüsusilə çiçəkləmə dövründə.

 

Çox su vermək:

 

çiçəklərin tökülməsinə səbəb ola bilər

 

meyvə əmələ gəlməsini zəiflədə bilər

 

göbələk xəstəlikləri riskini artırır

 

4. Açıq sahədə suvarma norması

 

Bağda yetişən pomidorlar üçün:

 

həftədə 1-2 dəfə suvarma kifayətdir

 

hər kolda təxminən 3-5 litr su istifadə olunur

 

Amma çiçəkləmə dövründə su miqdarı azaldılmalıdır:

 

hər kolda 1-2 litr su

 

5. Vegetasiya sonuna yaxın suvarmanı dayandırın

 

Məhsul yığımına təxminən 30-40 gün qalmış suvarma dayandırılır. Bu, meyvələrin daha dadlı və keyfiyyətli olmasına kömək edir.

Tarix: 24 Aprel 2026, 16:16   
Chosen
42
1
pravda.az

2Sources