JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
Landscape 1

Bu gün Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlığın inkişafı artıq konkret mexanizmlər və platformalar üzərindən davam etdirilir. Latviya Prezidenti Edqars Rinkeviçsin ölkəmizə rəsmi səfəri zamanı hər iki ölkə başçısı tərəfindən səsləndirilən bəyanatlar, irəli sürülən təşəbbüslər, gələcək üçün böyük prespektivlərin olduğunu nümayiş etdirir. Nəzərə alsaq ki, cəmi bir həftə əvvəl Birgə Hökumətlərarası Komissiyanın Qarabağın incisi olan Şuşa şəhərində iclası keçirilib, o baxımdan bu səfər xüsusi əhəmiyyət daşıyır. Möhtərəm Prezident cənab İlham Əliyev mətbuata bəyanatında vurğulamışdır ki, həmin görüşdə müzakirə olunan məsələlər və həmsədrlərin təqdim etdiyi məlumatlar əməkdaşlığın gələcək istiqamətlərini aydın şəkildə müəyyən etmişdir.

Qeyd edək ki, Komissiyanın iclası zamanı çox perspektivli planlar irəli sürülmüş, müxtəlif sahələr üzrə birgə həyata keçirilə biləcək layihələr müəyyən edilmişdir. Bu layihələr xüsusilə iqtisadiyyatın prioritet sahələrini əhatə edir və qarşılıqlı maraqlara əsaslanır. İrəli sürülən təşəbbüslər təkcə nəzəri müstəvidə deyil, real iqtisadi nəticələrə yönəlmiş konkret addımlardır. Ölkə başçısı iki ölkə arasında keçirilən biznes-foruma da diqqət çəkərək bunun ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm platforma rolunu oynadığını bildirmişdir. Forum sahibkarlar arasında birbaşa təmasların qurulmasına, yeni işgüzar əlaqələrin formalaşmasına və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.

Qeyd olunmuşdur ki, bu cür tədbirlər sərmayə imkanlarının araşdırılması, birgə layihələrin təşkili və istehsal sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev diqqətə çatdırmışdır ki, biznes-forumda hər iki ölkədən geniş və yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı əməkdaşlığa olan marağın göstəricisidir. Bu isə öz növbəsində iqtisadi münasibətlərin gələcək inkişafı üçün ciddi zəmin yaradır. Dövlət başçısı qeyd etmişdir ki, qarşılıqlı fəaliyyətin əsas məqsədi konkret nəticələr əldə etmək, bu əməkdaşlığı real müqavilələr və investisiya layihələri ilə möhkəmləndirməkdir.

Dövlət başçısı çıxışında həmçinin vurğulamışdır ki, Azərbaycan əlverişli investisiya mühiti, sabit iqtisadi inkişafı və geniş regional imkanları ilə xarici tərəfdaşlar üçün cəlbedici ölkədir. Bu baxımdan Latviya şirkətlərinin ölkəmizdə həyata keçirilən layihələrdə fəal iştirakı üçün geniş imkanlar mövcuddur. Eyni zamanda Azərbaycan şirkətləri üçün də Latviyada fəaliyyət göstərmək, Avropa bazarlarına çıxış əldə etmək baxımından əlverişli şərait vardır. İnanırıq ki, həm Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, həm də biznes-forum çərçivəsində qurulan əlaqələr yaxın gələcəkdə konkret layihələrin və müqavilələrin imzalanması ilə nəticələnəcək, bu isə iki ölkə arasında iqtisadi tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə töhfə verəcəkdir.

Zinyət Cəfərova
Neftçala rayonu


JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX