ain.az, Unikal.az portalına istinadən məlumat yayır.
Serbiyanın paytaxtı Belqrad şəhərində “Turizm və istirahət kompleksi regional inkişaf sistemində” mövzusunda XIV Beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu, Belqrad Universiteti, Serbiya Coğrafiya Cəmiyyəti, Kuban Universiteti, Oş Texnologiya Universiteti və digər tərəfdaş təşkilatların birgə təşkilatçılığı ilə baş tutub.
"Unikal" xəbər verir ki, konfransda Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) Turizm və qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov təmsil edib. O, “Azərbaycan Respublikasında turizm üçün kadr hazırlığı problemi: vəziyyəti və perspektivləri” adlı məruzəsində ölkəmizdə turizm sektoru üzrə kadr hazırlığının mövcud vəziyyəti, bu sahədə ATMU-nun rolu və fəaliyyətindən danışıb.
Azərbaycanlı alimin çıxışı tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb. Səfər çərçivəsində ATMU-nun dekanı dosş B.Bilalov Ümummilli Lider Heydər Əliyevin Belqrad şəhərindəki Taşmeydan parkında ucaldılan abidəsini ziyarət edib.
.jpg)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.