EN

ADA Universitetində keçirilən 14-cü Karyera Sərgisində 150 şirkət təmsil olunur VİDEO

Bakı, 24 aprel, AZƏRTAC

ADA Universitetində keçirilən 14-cü Karyera Sərgisinin əsas məqsədi tələbələri birbaşa aparıcı şirkətlərlə əlaqələndirməkdir.

AZƏRTAC xəbər verir ki, bunu universitetin Karyera xidmətləri ofisinin meneceri Təranə Aslanova jurnalistlərə açıqlamasında bildirib. O, bildirib ki, 150 şirkətin 350-dən çox insan resursları mütəxəssisinin qatıldığı tədbirdə bankçılıqdan texnologiyaya, energetikadan hüquq və turizmə qədər geniş spektrdə fəaliyyət sahələri təmsil olunur.

Təranə Aslanova qeyd edib ki, sərgi çərçivəsində tələbələr öz CV-ləri ilə şirkətlərə müraciət etmək imkanı qazanırlar. Eyni zamanda, şirkət nümayəndələri öz fəaliyyət istiqamətləri barədə məlumat verir və tələbələrlə müzakirələr aparırlar. Onun sözlərinə görə, bu cür tədbirlər tələbələrin iş bazarı ilə yaxından tanış olmasına və gələcək karyeraları formalaşdırmağa mühüm töhfə verir. Nəticədə karyera sərgisindən sonra iştirakçıların əksəriyyəti işlə təmin olunur.

Müxbir-Xatirə Cəfərova
Fotoqraf- Tofiq Babayev
Operator-Ələkbər Baxşıyev
Chosen
26
3
azertag.az

4Sources