EN

İstanbuldakı tədbirində Azərbaycan-Türkiyə münasibətlərindən danışılıb

İstanbul, 24 aprel, AZƏRTAC

İstanbulda 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə “Mənə Atatürkü anlat” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, İstanbul-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə (İSTAD) keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamları xatırladılıb, ölkələrimiz arasındakı münasibətlərin bu prinsiplər əsasında qurulduğu vurğulanıb.

Yazıçı Neşe Doster çıxışında Mustafa Kamal Atatürkün uşaqlara verdiyi önəmi və onun müasir baxışlarının bu gün də aktuallığını qoruduğunu bildirib.

Çıxışlarda 23 Aprelin yalnız bayram deyil, uşaqlara həsr olunan mühüm tarixi dəyər olduğu qeyd edilib.

Həmçinin Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinin tarixi köklərə əsaslandığı və getdikcə daha da möhkəmləndiyi vurğulandı.

Natiqlər bu birlik və həmrəyliyin gələcək nəsillərə çatdırılması, qorunmasının vacibliyini qeyd ediblər.

Proqram Türkiyə və Azərbaycan musiqi əsərləri ifa olunub.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Chosen
74
1
azertag.az

2Sources