EN

Ağdərili ailənin qaradərili körpəsi dünyaya gəldi

ABŞ-da Tiffani Skor və Stiven Mills cütlüyünün süni mayalanma yolu ilə dünyaya gələn övladına görə qalmaqal yaranıb.

Publika.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Bildirilib ki, cütlük 2025-ci ilin dekabrında Orlandoda bir klinikada qız övladı sahibi olub. Lakin körpənin qaradərili olması ailədə şübhələr yaradıb.

Araşdırma zamanı klinikada embrionların qarışdırıldığı məlum olub. Bundan sonra cütlük tibb müəssisəsinə qarşı məhkəmə iddiası qaldırıb.

Məlumata görə, Shea adı verilən körpənin bioloji valideynləri artıq müəyyən edilib. Buna baxmayaraq, cütlük uşağı geri verməkdən imtina edib.

Chosen
26
publika.az

1Sources