EN

Tacikistanın üç bankı Aİ nin sanksiya siyahısından çıxarılıb

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Üç Tacikistan bankı Avropa Birliyinin sanksiya siyahısından çıxarılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tacikistan Milli Bankı öz saytında məlumat verib.

“Avropa Komissiyası, Avropa Birliyinin 20-ci sanksiya paketi ilə bağlı 23 aprel 2026-cı il tarixli qərarında, əvvəllər 19-cu paketdə məhdudiyyətlərə məruz qalan ölkənin üç kredit maliyyə təşkilatını – Spitamen Bank QSC, Düşənbə Şəhər Bankı QSC və Tacikistan Kommerzbankı QSC-ni sanksiya siyahısından çıxardı”, – deyə açıqlamada bildirilir.

Tənzimləyici orqan bu qərarı Tacikistan hakimiyyətinin Avropa Komissiyası ilə genişlənmiş əlaqələrinin, beynəlxalq uyğunluq standartlarının ardıcıl tətbiqinin və çirkli pulların yuyulmasına qarşı mübarizə sisteminin gücləndirilməsinin birbaşa nəticəsi kimi qiymətləndirir.

Milli Bank əlavə edib ki, bu, Tacikistanda bank sisteminin daha da inkişafına, investorların etibarının artmasına və maliyyə xidmətlərinin genişlənməsinə güclü təkan verəcək.

Maqsud

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
icma.az

1Sources