Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-ci ilin yanvar-mart aylarında Azərbaycanda 1 138 ədəd minik avtomobili, 191 ədəd yük avtomobili istehsal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 12.6% (164 ədəd) azalıb, yük avtomobili istehsalı isə 6.8 dəfə artıb.
Qeyd edək ki, cari ilin aprel ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 407 ədəd minik, 12 ədəd isə yük avtomobili təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!