EN

Avropa – Asiya hava məkanında uçuşların koordinasiyası Budapeştdə müzakirə olunub

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları”QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS)sədrliyi ilə SOCEA təşkilatının (Avropa və Asiya Hava HərəkətiXidməti Təminatçıları Təşkilatı) hava hərəkətinin koordinasiyasınıngücləndirilməsinə həsr olunan yüksəksəviyyəli müşavirəsi Budapeştşəhərində keçirilib.

Tədbirdə “Uzaeronavigatsia”, “Kyrgyzaeronavigatsia”,“Kazaeronavigatsia”, Türkiyənin Dövlət Hava Meydanları İdarəsi(DHMİ) və “HungaroControl” kimi aeronaviqasiya xidməttəminatçılarının rəhbərləri iştirak ediblər. İştirakçılarregionlararası əməkdaşlığın inkişafı, idarəetmə yanaşmalarınıntəkmilləşdirilməsi və uçuşların təhlükəsizliyinin təmin olunmasıistiqamətində koordinasiya məsələlərini müzakirə ediblər.

İclas çərçivəsində regional və qlobal proseslərin havahərəkətinə təsiri, həmçinin bu şəraitdə əməliyyat davamlılığınıntəmin edilməsi üzrə yanaşmalar nəzərdən keçirilib, havadaşımalarının təhlükəsiz və dayanıqlı təşkili ilə bağlı qərarlarqəbul olunub. Eyni zamanda hava hərəkətinin idarə olunması, məlumatmübadiləsinin təşkili və qurumlararası qarşılıqlı fəaliyyətmexanizmləri müzakirə edilib.

Tədbir Avropa – Asiya istiqamətində artan hava hərəkətininkoordinasiyalı şəkildə idarə olunmasına, eləcə də regionlararasıuçuşların təhlükəsiz və fasiləsiz həyata keçirilməsinə töhfəverir.

Qeyd edək ki, 11 sentyabr 2025-ci il tarixində Almatı şəhərindəkeçirilmiş SOCEA Baş Assambleyasında “Azəraeronaviqasiya” HavaHərəkəti İdarəsinin direktoru təşkilatın prezidenti seçilib vəsədrlik səlahiyyətləri rəsmi olaraq Türkiyədən Azərbaycanaötürülüb.

Chosen
53
az.trend.az

1Sources