EN

ABŞ İranın Hörmüzdəki obyektlərinə zərbə planlaşdırır

Bakı.Trend:

ABŞ atəşkəs rejiminin pozulacağı təqdirdə, İranın Hörmüzboğazındakı müdafiə obyektlərinə zərbələrin endirilməsi ilə bağlıplanlar hazırlayır.

Trend xəbər verirki, bu barədə CNN telekanalı öz mənbələrinə istinadən məlumatyayıb.

Məlumata görə, nəzərdən keçirilən hədəf variantları arasındaİranın Hörmüz boğazı, Fars körfəzinin cənub hissəsi və Omankörfəzinin yaxınlığındakı obyektlərinə dinamik hədəflənmiş zərbələryer alır.

“Söhbət Tehrana bu mühüm su yollarını effektiv şəkildə bağlamağaimkan verən kiçik sürətli hücum katerləri, mina döşəyən gəmilər vədigər assimetrik vasitələrə qarşı potensial hücumlardan gedir”,-materialda qeyd olunur.

Telekanal qeyd edir ki, ABŞ hərbçiləri İranı danışıqlar masasınaəyləşdirməyə cəhd çərçivəsində “ikili təyinatlı” obyektlərə vəenerji infrastrukturu daxil olmaqla digər infrastruktur hədəflərinəzərbələri də nəzərdən keçirir.

Bundan əlavə, ABŞ rəsmilərinin iddiasına görə, hərbi plantərtibatçıları danışıqları fəal şəkildə pozan ayrı-ayrı iranlıhərbi liderlərə mümkün zərbə variantını da hazırlayıblar.Bildirilir ki, potensial hədəflər sırasında İslam İnqilabıKeşikçiləri Korpusunun (SEPAH) baş komandanı da yer alır.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədarkonkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ vəİsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmingündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA iləatəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub.

Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İrantəklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başaçatana qədər atəşkəsi uzatdığını bildirib. Bununla belə İrana qarşıtətbiq olunan dəniz blokadası qüvvədə saxlanılıb.

Məqalədə:
Chosen
60
1
az.trend.az

2Sources