EN

Fransa və Polşadan Rusiyaya qarşı nüvə ssenarisi

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Polşa mediasında yer alan xəbərlərə görə, Fransa və Polşa Rusiya və Belarusa qarşı konvensional və nüvə hücum simulyasiyalarını əhatə edən ortaq hərbi təlimə hazırlaşır. 

Moskva rəhbərliyi isə eyni dövrdə NATO-nun Rusiyanın Kalininqrad bölgəsini mühasirəyə alma və ələ keçirmə ssenarilərini sınaqdan keçirəcəyini iddia edib.

"Cebheinfo.az" xəbər verir ki, “Wirtualna Polska” (WP) xəbər saytının hərbi mənbələrə istinadən yaydığı məlumata görə, nüvə təliminin “yaxın zamanda” Baltik dənizi və Şimali Polşa üzərində keçirilməsi planlaşdırılır.

Xəbərlərə görə, Fransa Prezidenti Emmanuel Makron və Polşa Baş naziri Donald Tusk arasında aparılan danışıqlarda müzakirə olunan ssenaridə aşağıdakı detallar yer alır:

Uzunmənzilli kəşfiyyat aparılacaq, hədəflər müəyyən ediləcək və “JASSM-ER” qanadlı raketləri ilə Sankt-Peterburq yaxınlığındakı “yüksək dəyərli hədəflər” vurulacaq.

Nüvə başlığı daşıyan ASMP raketləri ilə təchiz olunmuş təyyarələr Fransadan qalxaraq Budapeşt–Kalininqrad xətti boyunca Rusiya və Belarusdakı hədəflərə qarşı nüvə hücumu simulyasiyası həyata keçirəcək.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
78
1
cebheinfo.az

2Sources