EN

UEFA Prezidentindən əl ilə oyuna görə penalti verilməməsinə REAKSİYA

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

UEFA prezidenti Aleksander Çeferin bəzi epizodlarda hakim qərarlarının izahını artıq tam anlamadığını bildirib.Bizim.Media xəbər verir ki, bu barədə “Footmercato” nəşri yazıb.Çeferin qeyd edib ki, azarkeşlər tez-tez eyni epizodların fərqli matçlarda müxtəlif cür qiymətləndirilməsini başa düşmürlər və bu narazılığı o da bölüşür:

 

“Bəzən azarkeşlər eyni epizodların niyə oyundan oyuna fərqli şərh olunduğunu anlamır və mən onları başa düşürəm. Mən özüm də artıq heç nə başa düşmürəm. Məsələn, əl oyunu epizodlarını götürək — bunun penalti olub-olmadığını, qəsdən olub-olmadığını heç kim anlamır. Bunu necə müəyyən etmək olar? Axı sən psixiatr deyilsən!” — deyə o bildirib.

UEFA rəhbəri əlavə edib ki, əsas qərarı meydandakı baş hakim verməlidir, videoköməkçi hakim sisteminə (VAR) isə yalnız açıq-aşkar səhv hallarında müraciət olunmalıdır. O, eyni zamanda uzunmüddətli video baxışların əleyhinə olduğunu vurğulayıb.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
56
2
bizim.media

3Sources