EN

Şotokan üzrə Dünya Çempionatında Azərbaycanı 10 karateçi təmsil edəcək

Azərbaycanın deflimpiyaçı karateçiləri Türkiyənin İstanbul şəhərində keçiriləcək Şotokan üzrə dünya çempionatında mübarizə aparacaqlar.

"Far.Az" Azərbaycan Deflimpiya Komitəsinə istinadən xəbər verir ki, 24–26 aprel tarixlərində baş tutacaq nüfuzlu beynəlxalq yarışda ölkəmizi 10 idmançı təmsil edəcək.

Heyətdə Hikmət Ağayev, Sahib Sahibli, Səma Tağıyeva, Aytən Qədriova, Maral Orucova, Əliəkbər Əlizadə, Elnur Qasımzadə, Nizaməddin Əzimzadə, Yusif Əzimzadə və Elmin Hüseynli yer alıblar.

Chosen
38
5
far.az

8Sources