EN

Kainat gözəli qayınanası tərəfindən öldürüldü FOTO

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Meksikanın paytaxtı Mexiko şəhərində dəhşətli qətl hadisəsi baş verib. Keçmiş "Kainat Gözəli" (Miss Universe Teen) titulunun sahibi Karolina Qomez öz evində güllələnərək öldürülüb.Demokrat.az xəbər verir ki, hadisə baş verən an evdə gənc qadının həyat yoldaşı və səkkiz aylıq körpəsi də olub. İstintaq zamanı məlum olub ki, cinayəti Karolina Qomezin qayınanası törədib. Hadisənin təfərrüatları evin təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.Müşahidə kameralarının 45 saniyəlik görüntülərində iki qadın arasında qısa müddətli mübahisə yarandığı görünür. Mübahisədən sonra Karolina otağına yollansa da, qayınanası onun ardınca gedərək silahı çəkib və gəlininə altı dəfə atəş açıb. Güllələrdən biri gənc qadının başına, digərləri isə bədəninə tuş gəlib.Silah səslərini eşidən Karolinanın həyat yoldaşı qucağında körpəsi ilə dərhal otağa qaçıb. O, qanlar içində olan xanımını görəndə anasına tərəf "Dəli qadın, sən nə etdin?" deyərək qışqırıb. Cinayəti törədən

qadın isə oğluna "Heç nə, sadəcə məni əsəbiləşdirdi" cavabını verib. Daha sonra qadının oğluna "Sən mənimkisən, onun yox" dediyi də məlum olub.Polis əməkdaşları kamera görüntüləri əsasında şübhəli şəxsi dərhal saxlayıblar. Hazırda faktla bağlı genişmiqyaslı araşdırma aparılır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
99
50
demokrat.az

10Sources