EN

İran avqustda Xəzəryanı dövlətlərin sammitini keçirməyi planlaşdırır


ABŞ, İsrail və İran arasında müharibənin başlamasından sonra Yaxın Şərqdə gərginliyin artmasına baxmayaraq, Tehran avqustun 12-i Xəzəryanı dövlətlərin sammitinə ev sahibliyi etməyə ümid edir.
Yeniavaz.com
xəbər verir ki, bunu İranın Qazaxıstandakı səfiri Əli Əkbər Cövkar Astanada keçirilən Regional Ətraf Mühit Zirvəsində Xəzərin ətraf mühit məsələləri üzrə tematik sessiyada çıxış edərkən bildirib.
“İran İslam Respublikasının 2026-cı ilin avqust ayında Xəzəryanı dövlətlərin yeddinci sammitinə ev sahibliyi edəcəyini elan etməkdən məmnunam. Ümid edirik ki, Beynəlxalq Xəzər Dənizi Günündə (12 avqustda qeyd olunur) və Tehran Konvensiyasının qüvvəyə minməsinin 20-ci ildönümündə Xəzəryanı dövlətlərin prezidentlərini Tehranda qəbul etmək şərəfinə nail olacağıq”, - o bildirib.
Chosen
56
1
yeniavaz.com

3Sources