EN

Söylədiklərim olduqca yaxşı nəticə verir -Tramp

ABŞ Prezidenti Donald Tramp İranın məhv edilməsi ilə bağlı təhdidlərinə münasibət bildirərkən, dediyi hər bir sözün öz effektini verdiyini bəyan edib.

Redaktor.az "RIA Novosti"yə istinadla xəbər verir ki, Tramp nə söyləməsindən və ya nə etməsindən asılı olmayaraq, bunun olduqca yaxşı nəticə verdiyini vurğulayıb.

Xatırladaq ki, Tramp bundan əvvəl İranı bir gecədə məhv edəcəyi ilə hədələmişdi. Onun sözlərinə görə, bütöv bir İran sivilizasiyası yaxın vaxtlarda yox edilə bilər. Tramp hesab edir ki, bununla da İrandakı "47 illik hədə-qorxu, korrupsiya və cinayətlər" dövrü sona çatacaq.

Xədicə BAXIŞLI

Chosen
61
1
redaktor.az

2Sources