EN

İsrail ordusundan açıqlama: İran hazırda hədəf alınmır

İsrailin İrana qarşı hərbi fəaliyyəti ilə bağlı yeni açıqlama verilib.

Musavat.com xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (SAXAL) nümayəndəsi N12 telekanalına bildirib ki, hazırda İran ərazisinə hücum həyata keçirilmir.

Eyni zamanda, İsrail ordusundakı mənbə Channel 13 telekanalına açıqlamasında qeyd edib ki, “İranın hava məkanında İsrailə məxsus hər hansı aktivlik müşahidə olunmur”.

Beləliklə, rəsmi mənbələr İsrailin hazırda İrana qarşı hərbi əməliyyat aparmadığını təsdiqləyib.

Musavat.com

Chosen
99
musavat.com

1Sources