EN

"Sevincimi birinci anamla paylaşdım" - 300 bal toplayan Rafiq

Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Rafiq Vəlizadə maksimum nəticə göstərərək 300 bal toplayıb.

Bu barədə Redaktor.az-a danışan Rafiq bildirib ki, bu nəticəni görmək sözlə ifadə edilməyəcək qədər böyük bir xoşbəxtlikdir.

- 300 bal topladığını öyrəndoyon zaman hansı hissləri keçirdin?

- Həddən artıq sevindim və bu sevincli xəbəri birinci anama bildirdim. 

– Bu çətin və məsuliyyətli yolda sənin üçün əsas güc mənbəyi nə idi?

- Mənə ən böyük motivasiyanı müəllimlərim və valideynlərim verdi. Onların dəstəyi olmasaydı, bu yolu belə qətiyyətlə keçmək çətin olardı.

– Seçimin artıq bəllidir? Hansı ixtisası seçəcəksən?

- Mən I ixtisas qrupunun Rİ (Riyaziyyat-İnformatika) altqrupu üzrə hazırlaşıram. Gələcəkdə kompüter mühəndisliyi sahəsində özümü inkişaf etdirmək, bu sahənin sirlərinə dərindən yiyələnmək istəyirəm. Universitet həyatı və uzaq gələcək planları haqqında danışmaq üçün hələ tez olsa da, əsas hədəflərimdən biri xaricdə uğurlu bir karyera qurmaqdır.

– Sənin kimi yüksək nəticə arzulayan, amma bəzən yorulan abituriyent yoldaşlarına nə demək istərdin?

- Onlara tək məsləhətim budur ki, əsla ruhdan düşməsinlər. Hələ qarşıda kifayət qədər vaxtları var və hər şeyi dəyişmək öz əllərindədir. Əsas odur ki, qərarlı olsunlar və heç vaxt hədəflərindən dönməsinlər.

– Rafiq, uğurların bol olsun! Ümid edirik ki, səni gələcəkdə dünyaşöhrətli bir mühəndis kimi görəcəyik.

Aminə ŞAHSUVARQIZI

Chosen
109
redaktor.az

1Sources