ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Salyan rayonunda 1993-cü il təvəllüdlü Nurlan qeyri-rəsmi münasibətdə olduğu Nərminəyə (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 2-də rayonun qəsəbələrindən birində baş verib. Nurlan həmin gün günorta saatlarında yaşadığı fərdi yaşayış evində Nərminə ilə mübahisə edib. Aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən şillə və yumruq ilə onu vurub. İş üzrə izahat verən Nurlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Nərminəni təxminən 2 ilə yaxındır tanıyır, onunla qeyri-rəsmi münasibəti var:“Nərminə qəsəbədə tək yaşayır, arada bir onun yaşadığı evinə gedirəm. Bizim aramızda heç bir ədavət və şəxsi düşmənçilik münasibətləri olmayıb. Bizim münasibətlərimiz həmişə yaxşı olub”. Təqsirləndirilən şəxs qeyd edib ki, noyabrın 2-də, saat 12 radələrində yaşadığı evdən çıxaraq Nərminənin yaşadığı evinə gedib:“Nərminə evində tək yaşayır. O, 2 gündür mobil telefon vasitəsilə mənə zəng etdiyini, nə üçün onun zənglərinə cavab vermədiyimə narazılıq etdi. İşlərim olduğu üçün onun zənglərinə cavab verə bilmədiyimi dedim. Nərminə isə yalan danışdığımı, başqa qızlarla birlikdə olduğumu dedi. Mən isə Nərminəyə belə bir şeyin olmadığını dedim. Buna baxmayaraq o, əsəbiləşərək məni qısqandığını bildirdi. Mən də ağıllı olmasını dedim. Nərminə mənimlə mübahisə etməyə başladı. Mən isə ona yenidən belə etməməsini dedim. Lakin Nərminə sözlərimə məhəl qoymayaraq məni nalayiq ifadə ilə təhqir etdi. Əsəbiləşərək Nərminənin baş və bədən nahiyələrinə 2-3 dəfə şillə və yumruqla vurdum. Əsəbim keçmədiyi üçün onun sol qolundan 2 dəfə dişlədim. Nərminə onu döydüyüm üçün məndən uzaqlaşdı. Mən də oradan çıxaraq getdim”. Salyan Rayon Məhkəməsinin hökmü ilə Nurlan 1 il 11 ay 6 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşadığı evi hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, bundan əlavə Salyan rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub. Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. Qeyd edək ki, Nurlan bundan əvvəl Hacıqabul rayonunda oxşar əməl törətdiyi üçün məhkum edilib. Həmin hadisə 23 noyabr 2024-cü ildə, gecə saat 4 radələrində baş verib. Həmin ittihama görə, Nurlan Hacıqabul şəhərində yerləşən mənzildə birlikdə yaşadığı Əntiqə (ad şərtidir – red.) ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə edib. Belə ki, Əntiqə münasibətdə olduğu kişinin icazəsi olmadan işləyib və bu onların münasibətlərində gərginlik yaradıb. Bu zaman Nurlan qadının sol qol nahiyəsindən bir dəfə və üz nahiyəsinin sol hissəsindən iki dəfə qəsdən dişləyib.Onu da qeyd edək ki, Əntiqə Şirvan şəhərində yerləşən “Araba” adlanan hamamda işləyib. Həmin dövrdə dostları ilə birlikdə həmin hamama gedən Nurlan qadınla tanışlığı yaranıb və onunla sevgili kimi yaşayıblar. Amma sonda sözləri düz gəlmədiyi üçün mübahisələri yaranıb və gərginləşən münasibətləri sonda cinayətin baş verməsi ilə nəticələnib.Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.