EN

"Beşiktaş" "Bayer"in müdafiəçisini transfer etmək istəyir

Bakı. Trend:

"Bayer"in müdafiəçisi Edmond Tapsoba karyerasını Türkiyə SuperLiqasında davam etdirə bilər.

Trend xaricimediaya istinadən xəbər verir ki, "Beşiktaş" burkina-fasolufutbolçunu transfer etmək istəyir.

İstanbul nəhəngi 27 yaşlı mərkəz müdafiəçisini yayda heyətinəqatmaq üçün Almaniya klubu ilə danışıqlara başlamağıplanlaşdırır.

Qeyd edək ki, "Bayer" Edmond Tapsobanı 2020-ci ilin yayındaPortuqaliyanın "Vitoriya" klubundan 20 milyon avroya transfer edib.Təcrübəli müdafiəçi bu mövsüm Leverkuzen təmsilçisinin heyətindəmeydana çıxdığı 40 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə iləyadda qalıb.

Chosen
68
2
az.trend.az

3Sources