EN

Bəzi siniflərə tətil, digərlərinə onlayn dərs Mayda dərslərlə bağlı qərar verildi

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Emin Əmrullayev Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə əlaqədar təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi barədə əmr imzalayıb.Bu barədə Elm və Təhsil Nazirliyi Demokrat.az-a məlumat verib.Əmrə əsasən, forumun keçiriləcəyi 17–22 may tarixlərində Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində (məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla) tədris prosesində dəyişikliklər tətbiq olunacaq.Belə ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün 18–22 may tarixləri tətil elan edilib. Bu tətil əvvəl nəzərdə tutulan 1–5 may tarixlərinin əvəzinə tətbiq olunacaq.Bundan əlavə, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, Bakı şəhərinin digər rayonlarında yerləşən məktəblərin V–XI siniflərində dərslər 18–22 may tarixlərində distant (məsafədən) formada keçiriləcək.Eyni qərar Bakıdakı peşə, orta ixtisas və ali təhsil müəssisələrinə də şamil olunur. Bu müəssisələrdə də qeyd olunan tarixlərdə tədris prosesi məsafədən təşkil ediləcək.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
79
demokrat.az

1Sources