EN

Azərbaycanın çimərlik futbolu üzrə millisi Belarusla qarşılaşacaq

Bakı, 23 aprel, AZƏRTAC

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası aprelin 24-dən 30-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz hazırlıq dönəmində aprelin 29-da və 30-da Belarus yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur.

Millimizə dəvət edilən oyunçuların siyahısı

Qapıçılar: Elçin Qasımov, Emil Omarov;

Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.

Chosen
41
7
azertag.az

8Sources