EN

Ağsaqqallar qurultay keçirdilər, Eldar Quliyev sədr seçildi

Azvision saytına istinadən ain.az xəbər verir.

Qurultayda, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri – AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, akademik Ziya Səmədzadə, professorlar Aqiyə Naxçıvanlı və Vaqif Şadlinski, eləcə də Yasamal Rayon Ağsaqqallar Şurasının sədri Fuad Məmmədov, gənc fəal, Dövlət İdarəçilik Akademiyasının tələbəsi Nəzrin Abdullayeva, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və başqaları çıxış ediblər.

Natiqlər çıxışlarında Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursundan, davamlı inkişaf prosesindən, əldə olunan uğurlardan, eləcə də möhtəşəm Zəfərdən, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərindən, soydaşlarımızın doğma torpaqlarına qayıdışından bəhs ediblər. Bu davamlı inkişaf fonunda ölkəmizdəki ictimai-siyasi və sosial-mədəni proseslərdə yaxından iştirak edərək dövlətimizin və xalqımızın milli mənafeyinə xidmət göstərən Azərbaycan Ağsaqqallar Şurasının aktiv fəaliyyətindən söz açılıb. Qeyd olunub ki, Şuranın 81 şəhər və rayon təşkilatının 35 mindən çox üzvü milli-mənəvi dəyərlərimizin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, cəmiyyətimizdə sağlam ictimai münasibətlərin formalaşdırılması istiqamətində bilik və təcrübələrini əsirgəmir. Natiqlər ağsaqqalların və ziyalıların daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıblar.

Qurultayda daha sonra təşkilati məsələlərə baxılıb. Səsvermə yolu ilə professor Eldar Quliyev yenidən Azərbaycan Ağsaqqallar Şurasına sədr seçilib, yeni üzvlər qəbul olunmaqla İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının tərkibi formalaşdırılıb. Şuranın Nizamnaməsi əlavə və dəyişikliklər edilməklə yeni redaksiyada qəbul olunub. Həmçinin Qurultay nümayəndələri adından Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının keçirilməsi ilə bağlı məlumat məktubunun göndərilməsi qərara alınıb və Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
72
12
azvision.az

10Sources