EN

Saç feni ilə 34 min dollar qazandı

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fransada bir nəfər hava limanındakı termometrə isti fen tutaraq dərəcəni artırıb və bu saxtakarlıq sayəsində mərc oyunlarından 34 min dollar qazanıb.Demokrat.az xəbər verir ki, Fransanın milli meteorologiya xidməti olan "Météo-France" Parisin Şarl de Qoll hava limanındakı temperatur sensoruna müdaxilə edildiyini aşkarlayıb. Araşdırmalar zamanı məlum olub ki, bir şəxs temperatur göstəricilərini süni şəkildə artırmaq üçün cihazın yanına fen yerləşdirib. Bu yolla o, mərc saytlarında havanın dərəcəsi ilə bağlı qoyulan proqnozları manipulyasiya edərək 34 min dollar qazanıb. Meteorologiya xidməti məsələ ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb.Hava limanındakı texniki avadanlıqlara fiziki müdaxilə edən şəxs feni işə salmaqla sensorun göstəricilərini real temperaturdan xeyli yuxarı qaldırıb. Mərc bazarlarında havanın rekord dərəcədə isti olacağına pul qoyan hiyləgər qazancını bu yolla təmin edib.Hazırda fransız rəsmiləri sistemin təhlükəsizliyini necə keçdiyini və bu şəxsin hava limanının qapalı zonasına necə daxil olduğunu araşdırır.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
55
demokrat.az

1Sources