EN

Həm pul veririk, həm də zəhər alırıq 20 manatlıq bomba

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Alçanın kilosunun 20 manata çatması sadəcə cibimizə deyil, həm də sağlamlığımıza ciddi zərbə vura bilər. Vitrinləri bəzəyən bu bahalı meyvələrin parıltısı arxasında əslində böyük bir kimyəvi təhlükə gizlənir.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, ümumiyyətlə, mövsümündə olmayan, yəni təbii yetişmə dövründən kənar istehsal edilən meyvə, tərəvəz və giləmeyvələrdə qiymət artımı demək olar ki, həmişə müşahidə olunur. "Bu, bir neçə əsas amillə bağlıdır. İlk növbədə məhsulun azlığı, istixana şəraitində yetişdirilməsi, eləcə də böyüməni sürətləndirmək üçün istifadə olunan gübrələr, pestisidlər və digər vasitələr əlavə xərclər yaradır. Bu xərclər məhsulun maya dəyərinə təsir edir və nəticədə satış qiyməti yüksəlir. Üstəlik, fermerin qazanc marjası da bu qiymətə əlavə olunur. Məsələnin digər, daha vacib tərəfi isə sağlamlıqla bağlıdır. Əgər bu məhsulların yetişdirilməsində mütəxəssis nəzarəti olmadan gübrələr, pestisidlər və kimyəvi maddələrdən istifadə edilərsə, bu, ciddi risklər yarada bilər. Peşəkar nəzarət olmadıqda düzgün dozalanma və tətbiq qaydalarına əməl olunmaması məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Bəzən əlavə xərclərdən qaçmaq üçün bu işlər qeyri-ixtisaslı şəxslərə həvalə olunur ki, bu da son nəticədə istehlakçı sağlamlığına təsir edir".Ekspert bildirib ki, belə hallarda müxtəlif allergik reaksiyalar, qida zəhərlənmələri, həzm sistemi pozuntuları kimi problemlər yarana bilər. "Bu risklərin qarşısını almaq üçün ən doğru yanaşma meyvə, tərəvəz və giləmeyvələri onların təbii mövsümündə istehlak etməkdir. Mövsümündə yetişən məhsullar həm daha təhlükəsiz, həm də daha faydalı hesab olunur".Həmçinin oxu:

iPhone işlədənlərə təcili xəbərdarlıq

'Bu maşını almayın, peşman olacaqsınız'

Yol qırağında bitir, hamı tapdalayıb keçir — Dünyanın ən faydalı tərəvəzi seçildiMütəxəssis qeyd edib ki, nəzarətsiz yetişdirilən bu cür məhsullar orqanizmdə kəskin allergik reaksiyalara, ağır qida zəhərlənmələrinə və həzm sisteminin ciddi şəkildə pozulmasına yol aça bilər.Risk altına düşməmək üçün ən etibarlı yol qidalanma vərdişlərini təbiətin təqviminə uyğunlaşdırmaqdır. Çünki məhz öz vaxtında yetişən meyvə və tərəvəzlər həm vitaminlərlə zəngin olur, həm də insan sağlamlığı üçün real təhlükə yaratmır.Qısası, mövsümündən tez satılan bahalı meyvələr çox vaxt kimyəvi maddələrlə süni şəkildə yetişdirildiyi üçün sağlamlıq üçün zərərli ola bilər, ən yaxşısı onları öz vaxtında yeməkdir.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
50
demokrat.az

10Sources