EN

“Berton YAPI” dövlətin adından necə istifadə edib? - Sakinlər evsiz qalıb

Vaxtilə Nəsimi rayonu, Mirqasımov küçəsi, 7 ünvanındakı mənzillərdə yaşayan Raifə Məmmədova və Nabat Tanrıverdiyevanın iki il əvvəl evləri sökülüb, yerində tikiləcək binada evlə təmin olunacaqları ilə bağlı verilən vədlər isə yerinə yetirilməyib. Hər iki vətəndaşla tikinti şirkəti ilə arasında uzun müddətdir mübahisə davam edir.

Publika.az xəbər verir ki, Teleqraf-a müraciət edən şikayətçi Nabat Tanrıverdiyevanınqızı Xəyalə Abbaszadə iddia edir ki, hazırda həmin ərazi baxımsız vəziyyətdədir, tikinti aparılmır:

“İki il öncə bizimlə məcburi şəkildə müqavilə bağladılar ki, ərazidə bina tikiləcək, bizə də oradan mənzil veriləcək. Bunu edən şəxs “Berton YAPI” Mənzil-Tikinti Kooperativinin sahibi Əlixan Cəfərovdur. O, evlərin yerində tikiləcək binanın guya dövlət layihəsi olduğunu bildirərək bizdən - anam Nabat və xalam Rafiə xanımdan ərazini tərk etməyi tələb edirdi. Təxminən iki il əvvəl ərazi qazılaraq kommunal xətlərimiz kəsildi və biz evdən çıxmağa məcbur olduq.

Sonradan məlum oldu ki, ərazidə tikinti üçün qanuni icazə yoxdur və heç bir inşaat işi aparılmır. Həmin şəxs layihəni başqa birinə satıb, bizi isə ucqar ərazilərdə mənzillərə razı salmağa çalışır.

Biz bu şəxsdən pul tələb etməmişik, sadəcə öz evimizdə yaşamaq istədiyimizi bildirmişik. Bununla bağlı aidiyyəti qurumlara və məhkəməyə müraciət etsək də, qarşı tərəf məhkəmə iclaslarında iştirak etmir və işin bilərəkdən uzadıldığını hesab edirik.

Chosen
44
1
publika.az

2Sources