EN

Hərbi komissarlıqlarda əməliyyat: SAXLANILANLAR VAR

ain.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində əməliyyat keçirib, saxlanılanlar var.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl, Saatlı, Bakının Qaradağ rayon şöbələrində də əməliyyatlar keçirilib, saxlanılanlar var.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində əməliyyat keçirib.

Saxlanılan şəxslər Bakıya gətirilib, barələrində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat göndərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
34
6
yenisabah.az

10Sources