EN

Tatlısesin sərvəti açıqlandı 58 mənzil və...

Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mirasını dövlətə verdiyini açıqlayan türkiyəli müğənni İbrahim Tatlısesin sərvəti maraq oyadıb.

Axşam.az xəbər verir ki, sözügedən açıqlamasının ardından ifaçının illər ərzində topladığı sərvətin böyük hissəsinin daşınmaz əmlakdan ibarət olduğu ortaya çıxıb.

Tatlısesin sahib olduqları bunlardır:

- İstanbulun Seyrantepe bölgəsində 32 mənzil və 4 mağaza

- Fikirtepedə 4 mənzil

- İstanbulun müxtəlif məhəllələrində 5 mənzil

- Şanlıurfa və Kuşadasında torpaq sahələri

- İzmirdə 5 lüks mənzil

- Bodrumda 12 villa və böyük bir torpaq sahəsi

Qeyd edək ki, Tatlıses açıqlamasında "Mirasımı dövlətə verirəm. Heç kimə bir qəpik də yoxdur. Pul özümündür, istəsəm, paylayaram, kimə nə?" deyə, bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
axsam.az

1Sources