EN

Arda Gülər zədələndi - Dünya çempionatına qatılacaqmı?

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Arda Gülər zədələnib.

Bizim.Media xəbər verir ki, klubun tibbi heyəti tərəfindən aparılan müayinələrin nəticəsinə əsasən, Türkiyə millisinin üzvünün sağ ayağında budun arxa hissəsində yerləşən biseps femoris əzələsində zədə qeydə alınıb.

Oyunçunun vəziyyətinin nəzarətdə saxlanıldığı bildirilib.

İtaliyalı insayder Fabrizio Romano isə yarımmüdafiəçinin mövsümün qalan hissəsini buraxacağına dair iddia irəli sürüb. Onun sözlərinə görə, 21 yaşlı futbolçu 2026-cı il dünya çempionatına hazır olmaq üçün müalicə və bərpa prosesinə üstünlük verəcək.

Bizim.Media

Chosen
27
3
bizim.media

4Sources