Türkiyə Super Liqasında bu həftə "Qalatasaray" - "Fənərbağça" derbisi baş tutacaq. 

Offsideplus.az xəbər verir ki, oyundan öncə "Cim-Bom" və Türkiyə Futbol Federasiyası arasında münasibətlər pozulub. Klubun prezidenti Dursun Özbek "TFF-nin mövcud rəhbərliyi ilə bütün münasibətlərimiz bu gündən etibarən pozulmuşdur", deyə açıqlama verib.

Qeyd edək ki, matç 26 aprel Bakı vaxtı ilə saat 21:00-da oynanılacaq.