EN

“Antikorrupsiya” idarəsi bu qurumda əməliyyat keçirdi - Saxlanılanlar var

“Antikorrupsiya” idarəsi bu qurumda əməliyyat keçirdi - Saxlanılanlar var

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ və Cəbrayıl rayon şöbələrində əməliyyat keçirib.

AFN.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində bir neçə nəfər saxlanılıb.

Şöbə əməkdaşları korrupsiya cinayətlərində ittiham olunurlar. Məlumata görə, əməliyyat müvafiq rayon şöbələrində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş şikayətlər əsasında baş tutub.

Hazırda saxlanılan şəxslərin adlarını dəqiqləşdiririk. Faktla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.

Mövzu ilə bağlı əlavə məlumat veriləcək.

Chosen
33
16
afn.az

10Sources