EN

Dedilər ki, otağı boşaldın...

ain.az bildirir, Axsham.az portalına istinadən.

Xəbər verdiyimiz kimi,  kinoşünas Sevda Sultanova tanınmış qrim rəssamı, Əməkdar incəsənət xadimi Elbrus Vahidov “Azərbaycanfilm” kinostudiyasındakı otağından zorla çıxarıldığını yazıb. 

Məsələ ilə bağlı Elbrus Vahidov Axşam.az-a açıqlama verib. O bildirib ki, otağı 2 ay əvvəl ondan alınıb:

"Qrim ustalarının oturduğu böyük otağı aldılar. dedilər ki, boşaldın, biz də boşaltdıq. Burada qrim ustaları bir çox məhsulları hazırlayırdılar. Biz də otağı boşaltdıq, əşyalarımızı götürüb, çıxdıq. Qapını bağladılar, 2 aydır heç nə də etmirlər. Əvəzində biz balaca qrim otağında otururq. Bura isə bir çox əşyaları hazırlamaq mümkün olmur, otaq balacadır. Bununla bağlı heç yerə müraciət etməmişəm. Oturub gözləyirəm".

Qeyd edək ki, S.Sultanova paylaşımında "Elbrus müəllimə xəbərdarlıq etmədən, hörmətsizliklə otağına girərək əşyalarını çıxarıb tullayıblar, üstəlik, deyilənə görə, onun qrim masasını doğrayıblar. Bəhanə də bu olub ki, otağı arendaya veririk." sözlərini yazıb. 

Azərbaycan Respublikasının Kino Agentliyi bu iddiaları əsassız adlandırıb. Bildirilib ki, anbar kimi istifadə olunan otaq qrim ustasının razılığı ilə alınıb və təmir üçün bağlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
62
1
axsam.az

2Sources