ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı metrosunda xoşagəlməz hadisə baş verib. Sərnişinlər üçün nəzərdə tutulan rabitə xəttindən istifadə edən qadın maşinistlə əlaqə saxlayaraq heç bir zəruri səbəb olmadan onunla danışıb. Maraq xatirinə edilən bu addım isə bununla kifayətlənməyib. O, həmin anları videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, Bakı Metropoliteni sərnişinləri inzibati məsuliyyətə cəlb edən qurum deyil:“Yəni belə hallarda birbaşa cərimə və ya hüquqi sanksiya tətbiq etmək onların səlahiyyətlərinə daxil deyil. Bununla belə, qaydaların pozulması faktı qeydə alına və müvafiq dövlət qurumlarına ötürülə bilər. Məsələ daha çox sərnişin davranış qaydalarına riayət olunmasının vacibliyini bir daha gündəmə gətirir”.Həmçinin oxu:
iPhone işlədənlərə təcili xəbərdarlıq
'Bu maşını almayın, peşman olacaqsınız'
Yol qırağında bitir, hamı tapdalayıb keçir — Dünyanın ən faydalı tərəvəzi seçildiMövzu ilə bağlı hüquqşünas Aysel Süleymanova Demokrat.az-a açıqlamasında bildirib ki, fövqəladə rabitə xətti yalnız təhlükə və ya təcili hallarda istifadə üçün nəzərdə tutulub:“Onun maraq xatirinə istifadəsi qaydaların pozulması sayılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi-nə əsasən, ictimai nəqliyyatda davranış qaydalarının pozulmasına görə fiziki şəxslər adətən 20 manatdan 50 manatadək cərimə oluna bilər. Əgər bu hərəkət nəqliyyatın normal fəaliyyətinə maneə yaradırsa və ya qatarın hərəkətinə təsir edirsə, cərimənin məbləği daha yüksək tətbiq oluna bilər. Bundan əlavə, fövqəladə rabitə vasitələrindən əsassız istifadə bəzən yalan çağırış kimi də qiymətləndirilir ki, bu halda cərimə 50 manatdan 100 manatadək arta bilər. Sosial şəbəkədə bu hərəkətin paylaşılması isə məsuliyyəti aradan qaldırmır, əksinə, faktın sübut olunmasını asanlaşdırır. Hüquq-mühafizə orqanları belə hallarda görüntülər əsasında şəxsi müəyyən edib inzibati protokol tərtib edə bilər”.
@efendizaqatala62 #belesinenedeyesen ♬ orijinal səs - Axmaqlarin videosu
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.