EN

Azərbaycan Xəzərin xilası naminə əlaqələndirilmiş fəaliyyətə çağırıb

Astana, 23 aprel, AZƏRTAC

Azərbaycan Xəzər dənizinin dayazlaşmasının nəticələrinin aradan qaldırılması üçün təcili və əlaqələndirilmiş tədbirlərin görülməsinə çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Astanada keçirilən Regional Ekoloji Sammitdə “Tehran Konvensiyası üzrə yüksəksəviyyəli dialoq: Xəzər dənizi naminə əməkdaşlığın gücləndirilməsi” adlı panel sessiyasında çıxış edərkən bildirib.

O, Xəzər dənizinin səviyyəsinin tarixi minimuma çatdığını və azalmağa davam etdiyini, bütün Xəzəryanı ölkələrin ətraf mühitinə, iqtisadiyyatına və sosial rifahına təhlükə yaratdığını qeyd edib.

Muxtar Babayev qeyd edib ki, dəniz səviyyəsinin azalması həm suyun buxarlanmasını artıran iqlim dəyişikliyi, həm də kənd təsərrüfatı üçün suyun götürülməsi və hidravlik qurğuların tikintisi də daxil olmaqla antropogen amillərlə bağlıdır.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Chosen
68
1
azertag.az

2Sources