Müğənni Ofelya Şabanova bir neçə gün əvvəl vəfat edən qardaşı Nurməhəmməd (Maqa) Şabanovun xatirəsini anıb.
Milli.Az xəbər verir ki, sənətçi sosial şəbəkə paylaşımında bu itkinin onun üçün çox ağır olduğunu bildirib.
O, hisslərini ifadə edərkən göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Nurməhəmməd (Maqa) Şabanov 44 günlük İkinci Qarabağ müharibəsi iştirakçısı olub. Onun vəfatı yaxınları və onu tanıyanlar arasında dərin kədər hissi yaradıb.
Hüseyn
Milli.Az