EN

İtaliyanın dövlət borcu 3 trilyon avronu keçib

Avrostatın məlumatına görə, İtaliya Fransadan sonra dövlət borcu 3 trilyon avronu aşan ikinci Aİ ölkəsi olub...

Poliqon xəbər verir ki, bu barədə Avrospa Statistika qurumu məlumat yayıb. Məlumatda qeyd edilir ki, İtaliya dövlət borcunun həcminə görə Avropa İttifaqında Fransadan sonra 3 trilyon avro həddini aşan ikinci ölkəyə çevrilib.

Bildirilir ki, 2025-ci il ərzində İtaliyanın dövlət borcu 100 milyard avrodan çox artıb. Bu artım ölkənin maliyyə dayanıqlığı və büdcə siyasəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Məlumata əsasən, İtaliyada dövlət borcunun ümumi daxili məhsula nisbəti 137,1 faiz təşkil edib. Bu göstərici Avropa İttifaqında yalnız Yunanıstandan geri qalır.

Ekspertlər hesab edirlər ki, dövlət borcunun bu səviyyəyə çatması İtaliya iqtisadiyyatı üçün uzunmüddətli risklər yarada bilər. Xüsusilə borcun ÜDM-yə nisbətinin yüksək olması ölkənin maliyyə imkanlarının və gələcək iqtisadi manevr sahəsinin məhdudlaşmasına səbəb ola bilər.

Poliqon.info

Chosen
87
poliqon.info

1Sources