Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların 70 faizi kişilərdir.
Bu barədə Pravda.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, ziyartətə gedəcək olan ən yaşlı zəvvar 80 yaşlı (1946-cı il təvəllüdlü) qadındır. Ən gənc zəvvar isə 16 yaşındadır.
Zəvvarların ilk qrupunun mayın 17-də yola çıxacaqları nəzərdə tutulub.
Qeyd: Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün 1150 nəfərlik kvota ayrılıb. Kvota dolduğu üçün sənəd qəbulu başa çatıb. Ziyarət qiyməti 6100 dollar (10 min 370 manat) təşkil edir. Bu qiymətə zəvvarların otellərdə gecələməsi, qidalanması daxildir.
Xatırlatma: Ötən il azərbaycanlı zəvvarlar üçün ayrılan kvota 1250 olub. Ziyarət qiyməti isə 5 950 ABŞ dolları (təxminən 10 min 115 manat) təşkil edib.
Aygün İbrahimli