EN

Benziadan “Qarabağ” açıqlaması: Hakim, ayıbdır!

Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia Azərbaycan Kubokunun yarımfinal mərhələsində Ağdam klubunun "Sabah”a uduzaraq (1:2) mübarizəni dayandırmasından sonra paylaşım edib.

Aktual.az Teleqraf-a istinadla xəbər verir ki, əlcəzairli futbolçu sosial şəbəkə hesabında sabiq komandasına qarşı ədalətsizlik edildiyini bildirib.

"Hakim, ayıbdır. Ölkənin ən yaxşı komandasını məğlub etməyin yeganə yolu budur”, - Benzia qeyd edib.

Qeyd edək ki, Yassin Benziya 2023–2025-ci illərdə "Qarabağ”ın formasını geyinib. 31 yaşlı futbolçu hazırda Səudiyyə Ərəbistanının "Əl-Fayha” komandasında çıxış edir.

Chosen
58
1
ulusum.az

2Sources