EN

Azərbaycan Xəzərin qorunması üzrə Qazaxıstanın təşəbbüsünü alqışlayır

Bakı.Trend:

Azərbaycan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Xəzərdənizinin su ehtiyatlarının qorunmasına dair dövlətlərarasıproqramın hazırlanması üzrə təşəbbüsünü alqışlayır.

Trend xəbər verir ki, bunu AzərbaycanPrezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-unPrezidenti Muxtar Babayev Astanada keçirilən “Regional EkolojiSammiti 2026”da (RES 2026) çıxışı zamanı deyib.

“UNEP ilə əməkdaşlığa görə minnətdarıq, lakin bu məsələdə BMTsisteminin bütövlükdə iştirakı, eləcə də beynəlxalq maliyyəinstitutlarının, donorların və ekspert icmasının cəlb olunmasızəruridir. Bu cür dəstək regionumuzun gələcəyi, həmçinin daha genişmiqyasda sabitlik və rifah üçün son dərəcə önəmlidir”,- M.Babayevbildirib.

O qeyd edib ki, Azərbaycan bu mövzunu qlobal gündəmdə irəliaparmaq və Xəzəryanı icmaların maraqlarını qorumaq üçün qonşuölkələrlə birgə fəaliyyətini davam etdirəcək.

“Artan böhrana etinadsız yanaşılmasına imkan verməyəcəyik vəbütün tərəfdaşları, Xəzəryanı dövlətləri və beynəlxalq təşkilatlarısözlərdən praktik addımlara keçməyə çağırırıq”, – deyə Prezidentinnümayəndəsi vurğulayıb.

Qeyd edək ki, sammitin açılışında çıxış edən PrezidentKasım-Jomart Tokayev Qazaxıstanın Xəzər dənizinin daha dadeqradasiyasının qarşısının alınmasına yönəlmiş dövlətlərarasıproqram irəli sürdüyünü və regional elmi əməkdaşlığın inkişafı üçünXəzər dənizi Elmi-Tədqiqat İnstitutunun yaradıldığını bildirib.

Məqalədə:
Chosen
105
1
az.trend.az

2Sources