EN

15 yaşa qədər uşaqların sosial mediaya girişi qadağan edildi

Türkiyə Böyük Millət Məclisi sosial media və sosial xidmətlərlə bağlı mühüm dəyişiklikləri əhatə edən qanun layihəsini qəbul edib.

Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yeni qanuna əsasən, sosial şəbəkə platformaları 15 yaşını tamamlamamış istifadəçilərə xidmət göstərə bilməyəcək.

Bunun üçün yaş təsdiqi mexanizmləri tətbiq olunacaq.

Qanun həmçinin 15 yaşdan yuxarı azyaşlılar üçün xüsusi qoruyucu rejim nəzərdə tutur. Platformalar valideyn nəzarəti alətləri təqdim etməli, ödənişli əməliyyatları valideyn icazəsinə bağlamalı və istifadə müddətinə nəzarət imkanları yaratmalıdır. Bundan əlavə, aldadıcı reklamların qarşısının alınması da məcburi olacaq.

Tələblərə əməl etməyən sosial şəbəkələr və oyun platformaları üçün ciddi sanksiyalar nəzərdə tutulur. Qanuna uyğun davranmayan platformalara əvvəlcə cərimə tətbiq ediləcək, davam edən pozuntular halında isə reklam qadağası və internet sürətinin mərhələli şəkildə məhdudlaşdırılması kimi tədbirlər görüləcək.

Bu qaydalar qanunun dərcindən 6 ay sonra qüvvəyə minəcək.

Chosen
62
day.az

1Sources