EN

ChatGPT İmages 2.0 : Vizual dizaynda yeni mərhələ Nələr dəyişdi? (VİDEO/FOTOLAR)

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Süni intellekt həyatımıza yalnız işləri asanlaşdıran vasitə kimi daxil olmayıb, eyni zamanda bəzi peşələri təhdid edən güclü transformasiyanın da mərkəzində yer alır. Demokrat.az xəbər verir ki, mətn yazarlığından dizayna, məzmun istehsalından vizual sənətlərə qədər bir çox sahədə süni intellekt həlləri insan əməyini tamamlayan və ya bəzən onu əvəz edən rol oynayır. Bu dəyişimin ən son nümunəsi isə "OpenAI" tərəfindən təqdim edilən "ChatGPT Images 2.0" modelidir.Uzun müddətdir gözlənilən xüsusiyyətlərdən biri artıq reallığa çevrilib. "Images 2.0" 3:1 qədər geniş və 1:3 qədər uzun çevik en-boy nisbətlərini dəstəkləyir. Bu isə veb bannerlərdən şaquli sosial media vizuallarına, posterlərdən təqdimat slaydlarına qədər müxtəlif formatlarda kontent hazırlamağa imkan verir. Bundan əlavə, sistem ingilis dili xaricində yazılan mətnləri də vizuallara düzgün şəkildə yerləşdirir və dilin axıcılığını qoruyaraq qlobal istifadə üçün daha funksional təcrübə təqdim edir."ChatGPT Images 2.0" "OpenAI"ın “düşünmə qabiliyyətinə” malik ilk vizual modeli kimi seçilir. Süni intellekt real vaxt məlumatı üçün internetdə axtarış apara bilir, tək bir əmrlə müxtəlif vizual variantlar yaradır və öz nəticələrini analiz edərək səhvləri düzəldə bilir.Şəkil təqdim edildikdə sistem promptu özü formalaşdıraraq karikatura yaratmaqda kömək edir. Əgər prompt istifadəçi tərəfindən yazılarsa, daha uğurlu nəticələr əldə etmək mümkündür. Bununla belə, sistem yeni istifadəyə verildiyi üçün xüsusilə karikatura yaradılmasında bir qədər ləng işlədiyi müşahidə olunur.Yeni model fotorealistik şəkillərdən kinematoqrafik kadrlaradək, piksel sənətdən manqa üslubuna qədər geniş spektrdə ardıcıl tekstura və işıqlandırma təqdim edir. Bu inkişaf xüsusilə oyun prototiplərinin hazırlanması, storyboard yaradılması və marketinq materiallarının dizaynında mühüm rol oynayacaq."OpenAI"ın açıqlamasına görə, standart "ChatGPT Images 2.0" modeli bütün ChatGPT və "Codex" istifadəçiləri üçün əlçatandır. Lakin “düşünmə qabiliyyəti” ilə gücləndirilmiş inkişaf etmiş vizual yaratma funksiyası yalnız "ChatGPT Plus", "Pro" və "Business" abunəçilərinə təqdim olunur. "Enterprise" versiyasının da yaxın zamanda istifadəyə veriləcəyi bildirilib. Mobil istifadəçilərə isə tətbiqin ən son versiyasını yükləmək tövsiyə olunur.

Introducing ChatGPT Images 2.0A state-of-the-art image model that can take on complex visual tasks and produce precise, immediately usable visuals, with sharper editing, richer layouts, and thinking-level intelligence.Video made with ChatGPT Images pic.twitter.com/3aWfXakrcR

— OpenAI (@OpenAI) April 21, 2026

Jalə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
89
50
demokrat.az

10Sources