EN

Qüdrətdən “Məhəllə” etirafı: “İndi baxanda kədərlənirəm” - VİDEO

Aktyor Rafael İsgəndərov Moskvadan etdiyi paylaşımı ilə diqqət çəkib.

Ölkə.az xəbər verir ki, sənətçi “Məhəllə” filmindən kadrlar paylaşmaqla yanaşı, ekran işinin çəkildiyi məkanlara gedərək həmin yerlərdən görüntülər yayımlayıb.

İsgəndərov paylaşımında bu sözləri yazıb: “Bu film komediya janrında çəkilib. Amma bilmirəm siz necə, mən son zamanlar bu filmə baxanda çox kədərlənirəm".

Onun bu paylaşımı sosial media izləyiciləri arasında nostalji hisslər oyadıb.

Qeyd edək ki, “Məhəllə” Azərbaycan tamaşaçısının yaddaşında iz qoyan ən sevilən komediya filmlərindən biri hesab olunur.

Həmidə İbrahimova

Chosen
31
1
olke.az

2Sources