EN

"Ötən il mikro sahibkarlar kreditlərinin 89.5%-ni, kiçik vəorta sahibkarlar isə 39%-ni onlayn rəsmiləşdirib"

"Kapital Bank-ın sahibkarlara xidmət edən platforması "Birbank Biznes"in müştəriləri 2024-cü illə müqayisədə 43% artaraq 214 000 nəfərə çatıb. Onlardan böyük bir qismi 169 000 nəfəri mikro sahibkarlıqla məşğul olur".

Marja.az xəbər verir ki, bunu keçirilmiş mətbuat konfransında "Kapital Bank" ASC-nin İdarə Heyəti Sədrinin 1-ci müavini Cavid Mirzəyev bildirib.

“Bu artıma səbəb isə sahibkarların ehtiyaclarına uyğun məhsul və xidmətlər təqdim etməmizdir. Xüsusən də əməliyyatların rəqəmsallaşdırılması, sürətli və rahat olması bizə böyük həcmdə müştəri qazandırıb. Nümunə olaraq qeyd edim ki, 2025-ci ildə məsafədən hesab açan müştərilərimiz 91% təşkil edib. Mikro sahibkarlar kreditlərinin 89.5%-ni, kiçik və orta sahibkarlar isə 39%-ni onlayn rəsmiləşdirib. Kiçik və orta biznes və korporativ seqment üzrə müştərilərimiz bank köçürmələri və ödənişlərinin 98%-ni "Birbank Biznes" üzərindən edirlər".

"Birbank Biznes" sahibkarların inkişafına dəstək olur  

Cavid Mirzəyev əlavə edib:

“Biz il ərzində sahibkarların sosiallaşması, yeni biliklər qazanmaları üçün bir çox sosial dəstək layihələri keçiririk. Xüsusən, xanım sahibkarların şəxsi inkişafına dəstək prioritetlərimizdən biridir. Nümunə olaraq qeyd etsəm "Hər işdə birinci qadınlar" yarmarkasının,  VISA ilə birgə həyata keçirdiyimiz "She is next" layihəsinin adını çəkə bilərəm. Həmçinin ötən il Sahibkarlar Günündə Gəncə şəhərində keçirdiyimiz tədbirdə yüzlərlə sahibkar öz məhsullarını daha geniş auditoriyaya təqdim etməklə yanaşı, qoşulduqları təlimlərdə yeni biliklər də qazanıblar. Həmçinin, ötən il Visa və Birbank Biznes Azərbaycanda xanımlar üçün ilk birgə ko-brend biznes kartı olan She's Next kartı istifadəyə verdi. Sahibkar xanımlar üçün nəzərdə tutulan kart öz sahibinə  manat, dollar və avro olmaqla üç valyutada sərbəst istifadə imkanı verir”.

İş elanları AzVak.az-da

kapital bankkapital bank asccavid mirzəyevbirbank biznesbirbank biznes müştərilərikapital bank sahibkar xidmətləriazərbaycanda mikro sahibkarlıqkapital bank biznes platformasıbirbank biznes statistikasıkapital bank rəqəmsal bankçılıqbirbank biznes onlayn kreditbirbank biznes məsafədən hesab açılışıkapital bank köçürmələr və ödənişlərshe is next layihəsivisa she is nextbirbank biznes biznes kartısahibkarlar günü tədbirigəncə sahibkar tədbirixanım sahibkarlar layihəsibirbank biznes xəbərləri
Chosen
29
1
marja.az

2Sources