EN

Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...

Otuz ilə yaxın davam edən işğal Azərbaycanda təkcə torpaqların deyil, bir xalqın yaddaşının, milli kimliyinin və tarixinin hədəfə alındığı bir dövr kimi yadda qalacaq. Qarabağda və ətraf rayonlarda baş verənlər klassik müharibə dağıntılarından çox uzaqdır. Bu, planlı şəkildə həyata keçirilən mədəni təmizləmə siyasəti idi. Məqsəd sadəydi: bu ərazilərdən, bu torpaqlardan Azərbaycan izini silmək, Azərbaycana aid nə varsa, yox etmək.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq, əməkdar jurnalist Aynur Camalqızı ermənilərin Qarabağda, o cümlədən indiki Ermənistan ərazisində - Qərbi Azərbaycanda törətdikləri vəhşiliklər haqda qeyd edib.

“Rəqəmlər bu həqiqəti bütün çılpaqlığı ilə ortaya qoyur. İşğal dövründə yüzlərlə tarixi-dini abidələrimiz dağıdılıb, onlarla məscid yerlə-yeksan edilib, yüzlərlə qəbiristanlıq təhqir olunub. Bu, təsadüfi vandalizm deyildi. Bu, sistemli yanaşma idi. Ermənilər yalnız özümüzlə deyil, tariximizlə - maddi və mənəvi sərvətlərimizlə də savaşırdı.

Ən ağrılı məqamlardan biri isə məzarlıqlara qarşı törədilən vəhşiliklərdir. Ağdamda, Füzulidə, Zəngilanda, Kəlbəcərdə, Cəbrayılda qəbirlər dağıdılıb, başdaşları sındırılıb, hətta bəzi hallarda sümüklər belə təhqir olunub. Bu, artıq müharibə deyil, bu, insanlığın sərhədlərini aşan davranışdır. Ölülərlə savaşan bir düşüncə tərzi. Yəqin ki, bunu yalnız erməni xisləti, ermənilik edə bilərdi”, - o bildirib.

Politoloq xatırladıb ki, dini abidələr bir ayrı faciəvi vəziyyətlə üz-üzə qalıb:

Chosen
51
1
publika.az

2Sources